Azərbaycanda bədbəxt hadisə: inək toy sahibinin oğlunu 1 km yerlə sürüyüb

Day.Az представляет новость на азербайджанском языке.


Xudatın Maxsud kəndində toy mərasimi zamanı bədbəxt hadisə baş verib.

Milli.Az "report"a istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü kənd sakini Bilalov Laçın Elçin oğlu saxladıqları inəyin onu özü ilə sürüməsi nəticəsində xəsarət alıb.

Sözügedən kənddə toydan bir gün öncə inəklərdən biri kəsilib. Toy günü isə həyətə yaxınlaşmaqda olan inəklər qəfil çalınan zurna səsindən hürkərək qaçmağa başlayıb. Bu zaman toy sahibinin oğlu Laçın Bilalovun ayağı inəklərdən birinin boynundakı kəndirə ilişib və heyvan onu təqribən 1 km məsafədə özü ilə sürüyüb.

Hadisə nəticəsində zərərçəkən döş qəfəsinin arxa səthinin sol saidi, sağ əlin ovuc səthi, həmçinin iki ayaq, iki qol, üz və digər nayihələrin əzilmiş-sıyrılmış yaraları ilə xəstəxanaya yerləşdirilib.