Tərtərdə iki maşın toqquşub, iki nəfər yaralanıb

Day.Az представляет новость на азербайджанском языке.


Tərtər rayonu ərazisində iki nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Milli.Az "report"a istinadən xəbər verir ki, hadisə Tərtərin dördyol ərazisi yaxınlığında, bu rayondan Bərdə istiqamətində gedən yolda qeydə alınıb.

Qəza "Hyundai" və "Mercedes" markalı minik maşınlarının toqquşması nəticəsində baş verib. Hadisəyə "Mercedes" sahibinin dönmə əməliyyatını düzgün yerinə yetirməməsinin səbəb olduğu bildirilir.

Qəza zamanı hər iki avtomobilin sürücüsü xəsarət alıb. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstələrdən biri Reanimasiya, digəri isə Travmatologiya şöbəsinə yerləşdirilib. Hələlik onların şəxisyyətini bilinmir.

Həkimlərin sözlərinə görə, Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.