Bərdədə piyada ölümü ilə nəticələnən yol qəzası olub

Day.Az представляет новость на азербайджанском языке.

Bərdə rayonunda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Milli.Az "report"a istinadən xəbər verir ki, hadisə rayonun Koroğlu küçəsində qeydə alınıb.
 

Belə ki, "VAZ 2107" markalı minik avtomobili 56 yaşlı Rafiq Qurban oğlu Nuruyevi vurub. Ancaq Bərdə Rayon Mərkəzi Xəstəxanasına qaldırılan yaralı həkimlər tərəfindən əməliyyat olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
 

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) İstintaq bölməsində araşdırma aparılır.