Bakıda jurnalistin maşınından oğurluq etdilər - FOTOLAR

Day.Az представляет новость на азербайджанском языке:

"Ədalət " qəzetinin müxbiri oğurluğa məruz qalıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hadisə avqustun 30-u saat 21-dən 22-dək Vaqif prospekti 1-də yerləşən Zorqe parkının duracağında baş verib.
 

Bakı şəhər sakini 1951-ci il təvəllüdlü Bəhram Əhmədova məxsus Toyota markalı 10 LS 333 nömrəli avtomobilindən şüşəni sındırmaqla oğurluq edilib.
 

Maşının saxlan yerindən 055 207 51 ** GSM nömrəsi, şəxsiyyət, sürücülük və müxbir vəsiqəsi oğurlanıb.
 

Faktla bağlı Nəsimi RPİ-də araşdırma aparılır. 

Şəkilləri böyütmək üçün klikləyin: