Bir gecədə 3 mağaza yarıldı

Day.Az представляет новость на азербайджанском языке:


Tovuzda 3 mağazadan oğurluq edilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayon sakini Kamil Abdullayev səhər saatlarında sahibi olduğu mağazaya gələrkən qapının açıq olduğunu və ətrafda iri dəmir parçası görüb. Məlum olub ki, gecə saatlarında naməlum şəxs və ya şəxslər Kamil Abdullayevin marketinin qapısını dəmir alətlərlə sındıraraq oradan 200 manat götürərək gediblər. Ötən gecə rayon ərazisində daha iki mağazanı yaran oğrular oradan da müxtəlif məbləğdə pul aparıblar. Mağazalardan birində yerləşdirilən bankomatı yarmaq istəyən oğruların planları baş tutmayıb. Oğurluq baş verən mağazaların hər birində müşahidə kameraları hadisələri lentə alıb.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.