AFFA-dan Cavid Hüseynovun həbsi ilə bağlı AÇIQLAMA Day.Az представляет новость на азербайджанском языке:

"Cavidin məsələsi ilə bağlı istintaq başa çatdıqdan sonra müvafiq addımlar atacayıq".

ANS PRESS-in məlumatına görə bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov "Qəbələ" klubunun yarımmüdafiəçisi Cavid Hüseynovla bağli məlum hadisələrə münasibət bildirərkən söyləyib.

Elxan Məmmədov Cavidin Azərbaycan futbolu üçün vacib olduğunu bildirib. "Biz bu məsələ ilə bağlı öz fikrimizi bildirmişik. Cavid Azərbaycan futbolu üçün vacib oyunçudur. Bu hadisə baş verənə qədər yaxşı forma toplamışdı. Robert Prosineçki də yığma komandada ona güvənirdi. Təəssüf ki, hər şey belə alındı. Onun dönüşünə ümid edirik. Bu məsələ ilə bağlı rəsmi olaraq heç bir yerə müraciət etməmişik. İstintaq başa çatdıqdan sonra müvafiq addımlar atacağıq".

"Qəbələ" futbol klubunun sabiq kapitanı Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümündə şübhəli şəxs qismində həbs edilib.

C.Hüseynov Cinayət Məcəlləsinin 307-ci maddəsinin 1 və 2 bəndləri ilə (Cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə) ittiham elan olunub. Futbolçu barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.