Azərbaycanda iki oğlanın sevgisi amansız qisasla sonlandı

Day.Az представляет новость на азербайджанском языке:

Azərbaycanda iki oğlan arasındakı sevgi sonradan qisasa çevrilib.

Naftalan şəhərində törədilən cinayət ilk baxışda sıradan bir qətlə oxşasa da, təfərrüatlar çox maraqlıdır.

Naftalan şəhərində Bəhmən Budaqov qisas məqsədilə Elxan Bayramovu çoxsayılı bıçaq zərbələri ilə öldürüb (ad və soyadlar şərtidir).
 

Milli.Az-ın əldə etdiyi məlumata görə, şəhər ərazisindəki məşhur "Qarabağ" sanatoriyasında qabyuyan və ofisiant işləyən Bəhmən və Elxan arasında sevgi münasibətləri yaranıb.

Sonra onlar arasında münasibət daha da dərinləşib və intim munasibətdə olmağa razılaşıblar. İlk olaraq Elxan öz sevgilisinin onunla cinsi əlaqədə olmağı təklif edib. Bəhmən da onunla qarşılıqlı olmaq şərtilə münasibətə razılaşıb. Lakin Elxan onunla münasibətdə olandan sonra vədinə əməl etməyib. Bəhmənin onunla münasibətdə olmasına imkan verməyib. Uzun müddət Bəhmən onunla əlaqədə olmağa cəhd etsə də, alınmayıb. Ona görə də sevgilisini öldürmək qərarına gəlib. İki gün əvvəl Bəhmən onun yaşadığı evə gedərək 8 bıçaq zərbəsi ilə öldürüb.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başlanıb.