Tovuz rayon sakinin elektrik cərəyanı vurub

Day.Az представляет новость на азербайджанском языке.


Tovuzda gənc oğlan bədbəxt hadisə nəticəsində ölüb. APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə bu gün saat 16 radələrində rayonun Vahidli kəndində qeydə alınıb. Tovuz şəhər sakini 22 yaşlı Əmrah Abdullayevbalıq tutmaq üçün Vahidli kəndində gedib. O suya elektrik buraxmaqla balıq tutmaq istəsə də ehtiyatsızlıqdan özü elektrik naqilinə toxunub və hadisə yerində dünyasını dəyişib.
 

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.