Vətəndaşları bu dönərdən imtina etməyə çağırdılar

Day.Az представляет новость на азербайджанском языке:

"Bu gün Azərbaycanda toyuq dönərinin satışı problemi qalır. Biz toyuq dönərinin satışı ilə məşğul olanlara cərimə sanksiyaları tətbiq edirik, fəaliyyətini dayandırırıq. Onları cəlb edirik ki, mal ətindən dönər hazırlasınlar. Bir-iki gün buna əməl edirlər, iki-üç gündən sonra yenə toyuq ətindən hazırlamağa başlayırlar".

Bunu "Report"a açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirib.

Z.Kazımov bu məsələdə vətəndaşlardan da dəstək istəyib: "Əgər bu gün vətəndaş dövlət orqanını dəstəkləsə, həmin yerdən dönər almasa və biz maariflənmə işini daha da gücləndirsək, problemin qarşısını almaq olar".