Bulvarda yeni qatar xətti işə düşdü

Day.Az представляет новость на азербайджанском языке:

Bu marşrut üzrə hərəkət edən qatarlara minən şəxslər əlavə qatara minmədən bütün bulvar ərazisini görə bilirlər.
 

Bakı bulvarında aparılan əsaslı təmir-tikinti işlərindən sonra genişləndirilərək ərazisi 16 kilometrə çatıb. Avtosfer.az xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsindən fins.az-a bildirilib ki, tikintisi artıq başa çatdırılmış Bakı Ağ Şəhər bulvarında basketbol, voleybol və iki futbol meydançası istifadəyə verilib.
 

Ümumilikdə isə burada dörd yeni meydança və açıq trenajor meydançası fəaliyyət göstərir. Paytaxt sakinləri və qonaqlar 16 kilometr sahəsi olan Bakı Ağ Şəhər bulvarındakı "Bulvar Hotel"dən başlayaraq Baku Crystal Hall və onun ətrafı da daxil olmaqla, Bayıl bulvarının sonunadək olan ərazidə istirahət edə bilərlər.
 

Bundan əlavə, bulvarda qatarların hərəkəti üçün daha bir marşrut xətti istifadəyə verilib. Qatarlar yeni marşrut xətti üzrə Bakı Ağ Şəhər bulvarındakı "Bulvar Hoteli"nin qarşısından Su İdman Sarayına qədər olan ərazidə 14 dayanacaqda dayanmaqla hərəkət edir. Bu marşrut üzrə hərəkət edən qatarlara minən şəxslər əlavə qatara minmədən bütün bulvar ərazisini görə bilirlər.