Maşın 12 yaşlı velosipedçini öldürdü

Day.Az представляет новость на азербайджанском языке:

Göyçay rayonunda 12 yaşlı velosipedçi yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.


APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçayın Qarayazı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qarayazı kənd sakini, 2003-cü il təvəllüdlü Xankişiyev Zaur Pərviz oğlu əmisi oğlu ilə birgə avtomobil yolunun kənarında velosipedlə hərəkətdə olarkən "Ford Tranzit" markalı sərnişin mikroavtobusunun qarşısına çıxıb və avtomobil velosipedi vurub. Hadisə zamanı ağır bədən xəsarətləri alan Zaur Xankişiyev çatdırıldığı Göyçay Mərkəzi Rayon Xəstəxanasında keçinib.
 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.