Tanınmış klarnet ifaçısı özünü asdı

Day.Az представляет новость на азербайджанском языке:

Şəkidə intihar hadisəsi baş verib.

30 yaşlı şəhər sakini özünü asaraq öldürüb.

Şəki Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Şəki şəhər sakini, 1985-ci il təvəllüdlü Seymur Tahir oğlu Qədirbəyli yaşadığı evdə özünü asıb. Onu asılmış vəziyyətdə ailə üzvləri aşkarlayıblar.

Onun özünü hansı səbəbdən öldürülməsi hələlik məlum deyil.

Seymur Qədirbəyli Şəkidə tanınmış klarnet ifaçısı olub və toylarda iştirak edirmiş, ailəli olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma ) ilə cinayət işi açılıb, araşdırmalar aparılır.