2 maşın toqquşdu, 3 nəfəri yaraladı

Day.Az представляет новость на азербайджанском языке:

Bu gün günorta saatlarında Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Xaçmaz yolunun 12-ci kilometrliyində, Zərdabi kəndi ərazisində keçən hissəsində qeyd alınıb. "VAZ 21011" markalı nəqliyyat vasitəsilə "VAZ 21015" markalı maşın toqquşub. Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
 

Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.