Azərbaycanda maşın bazarında alıcı qıtlığı - FOTOLAR Day.Az представляет новость на азербайджанском языке: 

Bazarlarda kifayət qədər avtomobil olsa da maşın alan demək olar ki yoxdur.

ANS PRESS-in verdiyi məlumata görə, satıcılar da tələbatın kəskin azaldığını deyirlər.

Nəqliyyat vasitələrinin satışı ilə məşğul olan Elgiz Məmmədov deyir ki, manatın devalvasiyasından əvvəl hər ay ən azı 10 avtomobil satıblar.

"Fevral ayında manatın ucuzlaşmasından başlayaraq alıcılar azalmağa başladı. Hazırda ay ərzində 2 avtomobil satanda sevinirik."-deyə E. Məmmədov deyir.

Digər avtomobil satıcıları da eyni vəziyyətdən şikayətlənir.

Avtomobil salonunda satıcı işləyən Sevda Məmmədova da deyir ki, alıcıların kəskin azalmasına görə, avtomobillərə 15-20 faiz endirim olunub. Amma buna baxmayaraq satış mərkəzlərinin qapısını açan yoxdur.

"Hazırda ay ərzində bir avtomobil belə sata bilmirik. Endirim kampaniyalar, şirnikləşdirici lotereyalar təşkil etsək də heç bir faydası yoxdur."-deyə Sevda Əzizova deyir.

Bazarda onsuzda sayı az olan alıcılar isə satıcıların dedikləri ilə razılaşmır.

Onlar deyir ki, dolların bahalaşmasından sonra avtomobillərin qiyməti daha da artıb.

"Mən almaq istədiyim avtomobilin qiyməti yanvar ayında 10 min dollar idi. Manatın qiyməti düşəndən sonra həmin avtomobil hazırda 15% endirimlə 11min 200 manata təklif edilir. Satıcılar bunu dolların qalxması ilə izah edirlər. Amma avtomobillərin çoxu dolların məzənnəsinin dəyişməsindən əvvəl gətirirlib. Hər kəs vəziyyətdən sui-istifadə edərək qiyməti qaldırıb. Sonra da deyirlər ki, alıcı yoxdur."-deyə avtomobil almaq istəyən Elmir Səlimzadə bildirib.

Mütəxəssislər isə deyirlər ki, maşın alanların sayının azalmasının səbəbi tək manatın ucuzlaşması ilə bağlı deyil. Digər amillərin də təsiri böyükdür.

Avto ekspert Azər Allahverənov maşın bazarındakı durğunluğun azalmasına səbəb kimi, Mərkəzi Bankın avtomobil kreditləri ilə bağlı şərtləri ağırlaşdırmasını, avro-4 standartının tətbiq edilməsini və manatın ucuzlaşması fonunda dolların bahalaşmasını görür.

Ekspertin sözlərinə görə, devalvasiyadan sonra dollarla gətirilən avtomobillərdə ucuzlaşma, manatla olan avtomobillərdə bahalaşma olmalı idi.

"Xaricdən dollara avtomobil gətirən şəxslər dollar qalxandan sonra daha çox gəlir götürdülər. Cüzi bahalaşmanın manatla satılan avtomobillərdə hiss edilməsi normal hal idi. Lakin bəzi işbazlar qazanc daha çox qazanc götürmək üçün həm dollarla, həmdə manatla olan avtomobillərin qiymətini qaldırdılar."-deyə avto ekspert bildirib.

İqtisadçı ekspertlər isə alıcı qıtlığının müşahidə olunduğu vəziyyətdə qiymətlərin əslində aşağı düşməlidi. Amma süni şəkildə baha saxlanılır.

Dünya təcrübəsində isə alqı-satqı əvvəlcədən razılaşdırılmış qaydada həyata keçirilir. Belə olduğu halda valyutanın qalxmasından və düşməsindən asılı olmayaraq müqavilə olduğu alanla satan riski bərabər paylaşır.

Ekspertlər hesab edirlər, Azərbaycanda maşın bazarında canlanma yaratmaq üçün qiymətlərin süni şəkildə qaldırılmasının qarşısı alınmalıdır.

Şəkilləri böyütmək üçün klikləyin: