Zəlzələ ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Day.Az представляет новость на азербайджанском языке.

Respublika Seysmoloji Xidmət Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri Vüsalə Rafiqqızı baş vermiş zəlzələ ilə bağlı əhaliyə müraciət edib.

Day.az xəbər verir ki, V. Rafiqqızı "Qafqazinfo"ya açıqlamasında bildirib ki, insanlar qeyri-dəqiq informasiyalara inanmasınlar: "Xidmətin rəsmi məlumatlarına istinad etmək lazımdır. Zəlzələ yerin təkində gedən prosesdir. Zəlzələ ocaqları 10-12 km dərinlikdə olur. Bu gün baş vermiş zəlzələ güclü zəlzələ hesab olunduğundan, gün ərzində xırda təkanlar hiss oluna bilər. Hazırda əməkdaşlarımız ərazilərdə monitorinqlər aparır. Monitorinq nəticəsində hansı ərazilərdə xırda təkanların qeydə alındığı barədə məlumat verəcəyik". Qeyd edək ki, bu gün saat 09:49:36-da Şəki ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 7 bal, ətraf rayonlarda 6-5 bala qədər hiss olunub.