Zəlzələ zamanı iki qadın özünü binadan atdı - VİDEO

Day.Az представляет новость на азербайджанском языке.

Ağdaş rayonunda zəlzələ zamanı iki qadın özünü binadan aşağı atıb.
 

Milli.Az APA TV-yə istinadən xəbər verir ki, iki nəfər özünü yaşadığı evin ikinci mərtəbəsindən atıb, bir nəfər isə qaçarkən pilləkəndən yıxılaraq xəsarət alıb.
 

Ağdaş Mərkəzi rayon Xəstəxanasının qəbul şöbəsindən verilən məlumata görə, Ağdaş şəhərinin Müşfiq İsayev küçəsindəki 45 saylı evdə yaşayan, 1986-cı il təvəllüdlü Vəfa Fazil qızı İsmayılova və Ərəbocağı kənd sakini, 1953-cü il təvəllüdlü Səkinə Əmirqulu qızı Hüseynova zəlzələ zamanı qorxu və həyəcandan özünü yaşadığı evin ikinci mərtəbəsindən ataraq ağır kəllə-beyin travması və sınıq xəsarətləri alıblar.
 

Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri orta-ağır qiymətləndirilir.

 

Videonu izləmək üçün şəklə klikləyin:

фото