Avtomobil sahibləri bu xəbəri

Day.Az представляет новость на азербайджанском языке

"ASAN xidmət"də yeni sistem işə düşdüyü üçün sürət həddi ilə bağlı bütün qayda pozuntuları qeydə alınır.

Son günlər sürət rejiminə əməl etməyən bəzi sürücülər sürət həddini 10 km/saatdan artıq aşmağa görə MMX radar protokolu aldıqlarını deyirlər. Onlar Avtosfer.az-a bildiriblər ki, məsələn, 60-lıq yolda 73-lə radara düşənlər var. Maraqlıdır ki, indiyə qədər qanunvericilikdə nəzərdə tutulan sürət həddini 10-20 km aşmağa görə cərimə tətbiq olunmurdu. Yəni, bu qayda pozuntusuna görə radara düşənə rast gəlinmirdi. Amma son günlər bu qəbildən olan radar bildirişləri alan sürücülərin sayı artdığı üçün Avtosfer.az bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsindən münasibət öyrənib. İdarənin şöbə rəisi, polkovnik Kamran Əliyev bildirib ki, həqiqətən də son günlər yollarda müəyyən edilmiş sürət həddini 10 km-dən artıq aşanları da radar çəkir və sürücünün ünvanına müvafiq məktub göndərilir. Eyni zamanda, bununla bağlı sürücələrə "ASAN xidmət"in məlumat mərkəzindən SMS göndərilir: "Məlum olduğu kimi, bu məsələ ilə bağlı müvafiq sərəncam da verilib. Artıq "ASAN xidmət"in SMS-məlumat sistemi işə düşüb. Yollardakı radarları da elə qurublar ki, sürücü nəzərdə tutulmuş sürət həddini 10 km-dən artıq aşan kimi radar qurğuları onu qeydə alır və cərimə tətbiq olunur. Odur ki, sürücülər diqqətli olsunlar və sürət həddini aşmasınlar".

Qeyd edək ki, nəzərdə tutulmuş sürət həddini 10-20 km aşmağa görə cərimənin məbləği 10 manatdır. Əvvəllər isə 30 manat idi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.