Maşın çaya aşıb, xəsarət alan var

Day.Az представляет новость на азербайджанском языке.

Xaçmaz rayonunda yol qəzası baş verib.

APA-nın verdiyi məlumata görə, qəza Ağyaz-Alıc yolunda qeydə alınıb.
 
"VAZ 21011" markalı maşının çaya aşması nəticəsində sürücü müxtəlif bədən xəsarətləri alıb. O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz