Şamaxıda “Niva” dərəyə aşıb, sürücü ölüb

Day.Az представляет новость на азербайджанском языке.

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda sürücünün ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə oktyabrın 4-də yolun 132-ci kilometrliyində, Şamaxının Mirikənd kəndi ərazisində qeydə alınıb.

Rayonun Quşçu kənd sakini, 1953-cü il təvəllüdlü Əlfalı Cəbiyevin idarə etdiyi 10-LE-420 dövlət nömrə nişanlı, "Niva" markalı minik avtomobili yoldan çıxaraq dərəyə aşıb.

Ə. Cəbiyev hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.