Göygöldə dəhşətli

Day.Az представляет новость на азербайджанском языке.

Göygöldə üç nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə oktyabrın 4-də axşam saatlarında qeydə alınıb.

"VAZ 2109" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı su anbarına düşüb.

Qəza nəticəsində avtomobildə olan 3 nəfər boğularaq ölüb.

Avtomobil və ölənlərin meyitləri sudan çıxarılıb.

Ölənlərdən biri 1981-ci il təvəllüdlü Pərviz Teymurovdur. Digər iki nəfərin kimliyinin müəyyən edilməsi istiqamətində iş aparılır.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.