Azərbaycanda daha bir ana öldü - həkimlər ittiham edilir

Day.Az представляет новость на азербайджанском языке.

Qazaxda ana ölümü qeydə alınıb.

Milli.Az Kəpəz TV-yə istinadən (Region TV) xəbər verir ki, ikinci övladını dünyaya gətirən 28 yaşlı Təranə Əsgərova doğuşdan sonra vəfat edib.

Yaxınlarının bildirdiyinə görə, övladını qeysəriyyə üsulu ilə dünyaya gətirən qadın həkim səhlənkarlığının qurbanı olub.

Əməliyyatdan sonra vəziyyəti ağırlaşan gənc ana paytaxt xəstəxanalarından birinə göndərilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Fakt araşdırılır. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.