Azərbaycanlı zəvvarların ailələrinə kompensasiya ödəniləcək

Day.Az представляет новость на азербайджанском языке

Bu ilki Həcc ziyarəti zamanı vəfat edən azərbaycanlı zəvvarların ailələrinə kompensasiya ödəniləcək. 

"Report" xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

QMİ-dən bildirilib ki, dünyasını dəyişən zəvvarların hər birinin ailəsinə 6 min manat məbləğində kompensasiya ödəniləcək: "Nəzərdə tutulan kompensasiya yaxın günlərdə mərhumların ailələrinə veriləcək". 

Qeyd edək ki, bu ilki Həcc ziyarəti zamanı azərbaycanlı zəvvarlar-60 yaşlı Fəxrəddin Zeynalov, 57 yaşlı Kəklik Aslanova və 1936-cı il təvəllüdli Şirinov Əzizağa dünyasını dəyişib. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.