Yolu qaçaraq keçdi, maşın əzildi - FOTO

Day.Az представляет новость на азербайджанском языке

Bakının Yasamal rayonunda, Abbas Mirzə Şərifzadə küçəsində qəza baş verib.

Milli.Az bildirir ki, yolu qaçaraq keçən piyadanı avtomobil vurub. İlkin məlumatlara görə, piyada xəsarət almayıb. Lakin avtomobilin sürüücsü həmin şəxsi vurmamaq üçün maşını sürətlə yol kənarına çıxarmalı olub. Nəticədə avtomobil yol kənarındakı sütuna dəyərək əzilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.