Səlim Müslümovun işindən ayrılması xəbərinə

Day.Az представляет новость на азербайджанском языке.

----------
13:01

"Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Bakı Biznes Universitetinin Maliyyə kafedrasının müdiri vəzifəsindən çıxmayıb. Cənab nazir dərslərdə ən aktiv iştirak edən kafedra müdiridir. Mətbuatda cənab nazirin həmin vəzifədən çıxması barədə məlumatlar doğru deyil".

Milli.Az bildirir ki, bunu Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

----------
11:47

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Bakı Biznes Universitetinin Maliyyə kafedrasının müdiri vəzifəsindən çıxıb.

azvision.az-a universitetdən məlumat daxil olub. Bildirilib ki, nazir uzun müddətdir ki, dərslərə gəlmədiyi üçün kafedra müdiri vəzifəsindən kənarlaşıb.

Məlumatı dəqiqləşdirmək məqsədi ilə Bakı Biznes Universiteti ilə əlaqə saxladıq. Oradan da faktı təsdiqlədilər.

Bildirildi ki, hazırda Maliyyə kafedrasının yeni müdiri Vəfa Nəcəfovadır. O, yeni tədris ilindən vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, Səlim Müslümov Azərbaycan Respublikasının Əmək və əhalinin sosial müdafiəsi naziridir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.