Bakının girəcəyində böyük gərginlik

Day.Az представляет новость на азербайджанском языке.

Bakının Şıxov istiqamətindən şəhərə girişində böyük tıxac yaranıb. 

Milli.Az xəbər verir ki, rayonlardan Bakıya gələn şəhər sakinləri bir saatdan artıqdır ki, tıxacda qalıblar.

Buna səbəb isə Şıxov istiqamətində yaradılmış dövlət yol polisinə məxsus postdur. Polislər tərəfindən şəhərə daxil olan maşınların yoxlanılması səbəbindən yolda uzun tıxac yaranıb. Şəhər sakinləri saatlardır ki, yollarda qalıblar.

Qeyd edək ki, yoxlanış Nazirlər Kabinetinin müvafiq qərarından sonra rayon qeydiyyatlı maşınların şəhərə girişinə məhdudiyyətin qoyulması səbəbindən aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.