Dırnaqlarını muzeyə bağışlayır

Day.Az представляет новость на азербайджанском языке

Dünyanın ən uzun dırnaqlı adamı 78 yaşındakı Şridhar Çillaldır. O, 63 ildir kəsmədiyi dırnaqlarını muzeyə bağışlayacaq. Dırnaqları ilə Ginnesin Rekordlar Kitabına düşən 78 yaşlı Çillal onları necə qoruduğunu anladıb. Daily Mail nəşrində yer alan xəbərə görə, Çillalın uzatmaqda israrlı olduğu dırnaqları həm iş, həm də eşq həyatına mənfi təsir edib.

O, nədən dırnaqlarını uzatmaq kimi ilginc və bir o qədər də anlam verilməyən bir işə girişdiyini bu sözlərlə anladıb:"Məktəbdə oxuyarkən bir gün dostumla müəllimin dırnağını qırdıq. Buna görə də döyüldük. Müəllimin sözləri bu günədək yaddaşımdan silinməyib: "Uzun bir dırnağa sahib olmanın anlamanı əsla anlamayacaqsınız". O gündən sonra dırnaqlarımı uzatmağa qərar verdim".

Lakin onun ailəsi və müəllimləri bu qərarına qarşı çıxıblar. Bütün cəhdlərə baxmayaraq o, qərarından dönməyib. 909.6 cm-lik dırnaqları ilə Çillal bu gün bir rekorda sahibdir. 78 yaşlı kişinin baş barmaq dırnaqları 164.5 və 179.1 cm,  işarət barmağının dırnağı 186.6 cm, üzük barmağının dırnağı 181.6 cm, kiçik barmaq dırnaqları da təqribən iki metr uzunluğundadır. Çillalın dırnaqlarının uzunluğu toplamda 909.6 cm-dir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.

Ucnoqta.az