Bakı sürücüsündən gözlənilməz etiraf

Day.Az представляет новость на азербайджанском языке.

Əfsanə Baliyeva adlı qadın sifariş etdiyi taksiyə minib. Taksiyə əyləşən qadın üzərində daşıdığı 12 min manatlıq qızıl-ziynət əşyasını taksidə unudub.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, oğurluq hadisəsindən şüphələnən qadın polisə müraciət etmək istəyib. Taksi sürücüsü Rəsul Muradov isə qızılların avtomobildə olduğunu görüb qadının axtarışına başlayıb. Sürücü avtomobilində tapdığı qızıl-ziynət əşyalarını öz təmsil olunduğu taksi şirkətinə təqdim edib.
 
Şirkət qadınla əlaqə saxlayaraq onun avtomobildə unutduğu qızıl-ziynət əşyalarını geri qaytarıb. Qadın sürücünün bu insani hərəkəti qarşısında ona mükafat vermək istəsə də, sürücü bu təklifi qəbul etməyib. Əfsanə Baliyeva bundan sonra şirkətə məxsus avtomobildə səfər edəcəyini söyləyib və şirkətin bütün əməkdaşlarına təşəkkür edib.
 
Qadın sözügedən qızılları pula çevirib anasının əməliyyatını edəcəyini və qızılların itməsinin böyük faciəyə səbəb ola biləcəyini söyləyib:
 
"Taxidə işləyən hər kəsə təşəkkür edirəm. Allah hamısından razı olsun. Halal adamlardı. Bu cavan oğlan əgər qızılları tapıb mənə verməsəydi anamın əməliyyatını etdirə bilməyəcəkdim. Hər şeyə görə təşəkkür edirəm".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

фото