Avtomobil ağaca çırpılıb yandı

Day.Az представляет новость на азербайджанском языке.

Lənkəranda avtomobil ağaca çırpılıb və yanmağa başlayıb.

"Report"un məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun Lənkəran şəhəri ərazisindən keçən, 201-ci kilometrliyində baş verib.

Masallı rayon Təzə Alvadı kənd sakini 1991-ci il təvəllüdlü Şərifov Ağabala Əlipənah oğluidarə etdiyi 44-BU-294 nömrə nişanlı, VAZ 2107 markalı avtomaşınla yağışlı hava şəraitində idarəetməni itirərək yoldan çıxıb.

Avtomobil yol kənarında ağaca çırpılaraq yanmağa başlayıb. Sürüsü yaralı vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan yaralının baş nahiyəsindən xəsarət aldığı və vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz. 

Videonu izləmək üçün şəkilə klikləyin.

фото