Bakı avtobusunda sərnişin sürücünü döydü

Day.Az представляет новость на азербайджанском языке

Bakıda sərnişin avtobusunda insident yaşanıb.

Baku.ws-ə istinadən bildirir ki, insident "BakuBus" avtobusunda qeydə alınıb. Bu barədə redaksiyamıza eksklüziv olaraq videogörüntü daxil olub.

Videodan görünür ki, orta yaşlı bir kişi avtobusa minir. Sərnişin "BakıKartı" olmadığını bildirir. Sürücü isə kartsız getməyin qadağan olduğunu bildirib. Kişi isə sürücüyə əvvəlcə nağd pul vermək istəyib. Sürücü pulu almayıb və kart tələb edib. Nəticədə kişi sürücünü təhqir edib. Daha sonra sürücünü vurub.

Digər sərnişinlər onu sakitləşdirməyə çalışsalar da, həmin şəxs onlara da əl-qol atıb. Sürücü onu avtobusdan düşürə bilməyib. Kişi pulsuz olaraq avtobusda gedib. Pulsuz getməsinə baxmayaraq sərnişin sürücünü təhqir edib və avtobusa tüpürüb. Hadisə sentyabrın 16-da baş verib.

"BakuBus" şirkəti və sürücü avtobusda dələduzluq edən həmin şəxs barədə Bakı Şəhər Baş Polis İdarəsinə şikayət edib. Hələlik həmin şəxsin tapılması istiqamətində araşdırma aparılır.

Məsələ ilə bağlı Milli.Az-ın "Baku Bus"la əlaqə yaratmaq cəhdləri uğursuz alındı. Aldığımız cavab belə oldu: "Şənbə günləri, həmçinin günorta nahar vaxtı vətəndaşların suallarını cavablandıra bilmirik".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.

фото