Nuriyyə Əhmədovanın bacısı: "Xəstəxanaya çatanda gec idi"

Day.Az представляет новость на азербайджанском языке

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında xalq artisti Nuriyyə Əhmədova dünyasını dəyişib. 

Gecce.az-ın əməkdaşı xəbər verir ki, Nuriyyə xanımın cənazəsi bacısının Mərdəkandakı evinə aparılıb. Aktrisanın bacısı Sevil xanım bildirib ki, dünən axşama doğru əhvalı qəfil pisləşib:

"Saat 21 radələrində xəstəxanaya apardıq. Həkimlər bizi arxayın etdilər ki, evə gedək, vəziyyəti düzələcək. Soruşdum, nə bişirim, gətirim, heç nə istəmədi. O saatlarda ağır deyildi. Hətta bizlə danışıb-gülürdü. Gəldik evə. Gecə saat 4 olardı, zəng oldu ki, vəziyyəti ağırlaşıb, gəlin. Getdik, artıq gec idi, infarkt keçirmişdi. Şəkəri var idi, gözləri şişmişdi".

Qeyd edək ki, Nuriyyə xanımın sənət dostlarından hələ ki evində gecədən onun yanında olan Nahidə Orucovadır. Aktrisanın Mərdəkanda, oğlunun yanında dəfn olunacağı bildirilir. Bacısı Sevil xanım bildirib ki, böyük bacıları Maya xanımı gözləyirlər:

"Bacım Dubaydan, qızının yanından qayıdır. Gəlsin, ondan sonra dəfn olunacaq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.