Nuriyyə Əhmədova dəfn edildi - FOTO
Day.Az представляет новость на азербайджанском языке
Milli.Az bildirir ki, aktrisa, xalq artisti Nuriyyə Əhmədova Şüvəlandakı Mirmövsüm Ağa ziyarətgahı yanındakı qəbristanlıqda dəfn edilib.
Qeyd edək ki, aktrisa ötən gecə ürək xəstəliyindən keçinib.
N.Əhmədova 1950-ci il dekabrın 26-da Bakıda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində təhsil alıb (1970-1974). İlk fəaliyyətinə Azərbaycan Dövlət Musiqili Teatrında başlayıb. Kinoya ilk gəlişi 1982-ci ildə "Mozalan" süjetlərində çəkildikdən sonra olub.
Yaratdığı bir-birindən maraqlı obrazlar qalereyası ilə tamaşaçıların sevgisini qazanan aktrisanın əməyi hər zaman yüksək qiymətləndirilib. O, 2007-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре