Azərbaycanda hələ belə toy olmamışdı

Day.Az представляет новость на азербайджанском языке.

Evimizə gəlin gəlir, özü də qatarda...

Hamıya məlumdur ki, Bakıdakı tıxac problemini aradan qaldırmaq üçün rayon qeydiyyatlı maşınların Bakıya girişi məhdudlaşdırıb. Bəs toy etmək istəyənlər nə etsinlər? Qadağan olan yerə qədər maşınla, sonra isə yola faytonla davam etsinlər? Bu birinci variant. İkinci, belə də etmək olar ki, Bakıdakı dost-tanış köməyə gəlsin və necə deyərlər, "Müşviq postu"nda qarşılanmanı təşkil etsinlər. Gəlin də yazıq ata evindən köç etdiyi kimi, Müşviq postunda da bir maşından o birinə köç etsin.

Milli.Az bildirir ki, Kanal S-in süjetinin qəhrəmanları isə məsələnin daha bir çıxış yolunu tapıblar, özü də çox qəribə və əyləncəli çıxış yolu. Deməli, toylarına gedən cütlük - Rəşad və Turanə dəvətlilərlə yanaşı bilet alırlar qatara, sevincli günlərini qeyd edə-edə yollanırlar Şəkidən düz Bakıya. Daha geniş məlumatı videomaterialı izləməklə  əldə edə bilərsiniz.  

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz. 

Videonu izləmək üçün şəklə klikləyin:

фото