Bakı vağzalı yenidən qurulur

Day.Az представляет новость на азербайджанском языке.

"Bilet kassaları, saxlama kameraları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunacaq, eskalatorlar yenisi ilə əvəzlənəcək"

Bakı sərnişin vağzalında yenidənqurma işlərinə start verilib. Avtosfer.az xəbər verir ki, bu barədə ADY QSC (Azərbaycan Dəmir Yolları Qapalı Səhimdar Cəmiyyəti), MHİRK-in (Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi) sədri Fəzail Bağırov deyib: "Paytaxtımızın giriş qapısı sayılan Bakı sərnişin vağzalının yüksək səviyyədə, müasir dövrün tələblərinə cavab verməsi üçün burada yenidənqurma işlərinin görülməsinə ehtiyac yaranmışdı. Artıq Bakı sərnişin vağzalında yenidənqurma işlərinə start verilib. Vağzalın əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərtilə, yenidən qurulacaq, vağzal binasının daxilində tam yenidənqurma işləri görüləcəkdir. Bilet kassaları, saxlama kameraları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunacaq, eskalatorlar yenisi ilə əvəzlənəcək. Hazırda təmir işləri sürətlə davam edir" - deyə Fəzail Bağırov bildirib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.