Bü cür aşpazlardan özünüzü qoruyun!

Day.Az представляет новость на азербайджанском языке.

İstər paytaxt olsun, istərsə də bölgələrdə - xeyir-şər məclislərində yemək bişirənlər əsasən qeyri-peşəkar insanlar olur. Aşpazlıq üzrə təhsil almayan bu şəxslərin bişirdikləri yeməklər isə, baş kulinarın sözlərinə görə, əsl təhlükə mənbəyidir. Peşəkar və həvəskarların qarşılıqlı ittihamları növbəti xəbərimizdə.

Bir tərəfdə baş kulinar, digər tərəfdə isə həvəskar aşpaz ...

Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov deyir ki, aşpazlıq üzrə ixtisaslaşmayan və bu sənətin təhsilini almayan heç kim bu işlə məşğul olmamalıdır.

Həvəskar aşpazlar isə illərdir bu işlə məşğul olduqlarını və hər hansı bir problem yaşamadıqlarını bildirirlər.

Baş kulinarın sözlərinə görə, restoranlarda baş verən zəhərlənmələrin səbəbləri də məhz bu qeyri-peşəkar aşpazarla bağlıdır.

Həvəskar aşpazlar isə yemək bişirməyin heç də təhsillə əlaqəli olmadığını iddia edirlər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

фото