Xaçmazda faciəvi qəza

Day.Az представляет новость на азербайджанском языке.

Xaçmaz rayonun Palçıqoba kəndi ərazisində, Gəndab-Yalama yolunun 38 km-də ağır avtomobil qəzası qeydə alınıb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Xudatdan Xaçmaz istiqamətinə hərəkət edən VAZ 21011 markalı avtomobillə əks istiqamətdən gələn VAZ2102 markalı avtomobil toqquşub.

Nəticədə VAZ 21011-in sürücüsü 63 yaşlı, Xaçmazın Tikanoba kənd sakini Cəlal Ağayev hadisə yerindəcə dünyasını dəyişib. Digər avtomobilin sürücüsü, Xaçmazın Hülövlü kənd sakini Bibiqulu Əsgərov və hər iki avtomobildə olan sərnişinlər - Qubanın Zərdabi kənd sakini Valeh Burzaliyev, Xaçmaz sakinləri Dilbər Babayeva, Vahid Allahverdiyev müxtəlif xəsarətlərlə Xaçmaz rayon mərkəzi xəstəxanasının travmatologıya şöbəsinə çatdırılıblar.

Hadisə yerində müayinə aparan BDYP-nin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Cəsarət Bayramov ağır qəzanın başvermə səbəbinin Yol Nəqliyyat Hadisələri Exspertizasının verəcəyi rəydən sonra bəlli olacağını bildirib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.