Aeroportda soyuq silah aşkar edildi

Day.Az представляет новость на азербайджанском языке

Moskva-Gəncə aviareysi ilə Azərbaycana gələn şəxsdən soyuq silah götürülüb.

Lent.az Gömrük Komitəsinə istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı Mərdan Həsənovun baqajı Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən rentgen aparatıyla yoxlanılarkən monitorda bıçaq təsvirləri görünüb.

Həmin baqaja təkrar yoxlama zamanı M.Həsənova məxsus çantanın içərisindəki şəxsi əşyaların arasından gömrük nəzarətinə təqdim olunmayan 2 ədəd bıçaq aşkar edilib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, ekspertizaya təqdim edilən 2 ədəd bıçaq - zavod üsulu ilə hazırlanan, kəsici-deşici xassəyə malik ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir.

Faktla bağlı təhqiqat aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.