18 yaşadək uşaqlar arasında təhlükəli

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanda 18 yaşadək uşaqların anemiya ilə xəstələnməsində artım qeydə alınıb.

Dövlət Statistika Komitəsindən "Report"a verilən xəbərə görə, ilk dəfə qoyulmuş diaqnozla qeydə alınan xəstə uşaqların sayı 2013-cü ildə 20 302 nəfər idisə, keçən il bu göstərici 24 mindən (24 769) çox olub.

Eyni zamanda, müalicə-profilaktika müəssisələrində həmin xəstəlik üzrə qeydiyyatda olan xəstə uşaqların ümumi sayında da artım qeydə alınıb. Belə ki, keçən il anemiyadan əziyyət çəkən 23 398 uşaq (2013-cü il 22 172) qeydiyyatda olub. Bu da əhalinin hər 100 000 nəfərinə 913 xəstə uşağın (2013-cü il 870) düşməsi deməkdir.

Bununla yanaşı, mövcud yaş dövründə uşaqlar arasında müşahidə olunan yod, A vitamini çatışmazlığı xəstələnməsində də artım olub. Belə ki, keçən il 409 (2013-cü il 176) uşaqda yod, 46 nəfərdə (2013-cü il 44) isə A vitamini çatışmazlığı xəstəliyi müşahidə olunub. Həmçinin 731 uşaqda (2013-cü il 733) boyatmanın ləngiməsi və zəiflik ilə xəstələnməsi qeydə alınıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.