Polislərin başına oyun açan sürücü danışdı

Day.Az представляет новость на азербайджанском языке

Paytaxtda polisin saxla əmrinə tabe olmayan sərxoş sürücü qanun qarşında cavab verməli olacaq. 

Ziya Bünyadov prospektində avtomobili sərxoş vəziyyətdə idarə edən Rüfət Rəhimov yol polis əməkdaşları təfərindən saxlanılıb.

Region TV xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olan Rüfət Rəhimov sərxoşluğun müayinəsi məntəqəsinə gətirilsə də, müayinədən keçməkdən imtina edib.

Rəhimovun avtomobilinə baxış zamanı oradan spirtli içkilər aşkarlanıb. Sürücü barəsində protokol tərtib olunub. Avtomobil isə cərimə meydançasına yerləşdirilib. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.