Bakı-Sumqayıt yolunda sürət yenə dəyişdi

Day.Az представляет новость на азербайджанском языке

Yol polisi iki aydan çoxdur yoxa çıxan nişanları bərpa etdi

Bu gün Avtosfer.az saytı Bakı-Sumqayıt yolunda sürücülərin hər an radara düşə biləcəyi barədə məlumat yaymışdı. Bildirmişdik ki, Sumqayıtdan Bakıya gələnlər "Ekologiya postu"nu keçəndən sonra adətən 90 km/saat sürət nişanını görüb buna uyğun hərəkət edirdilər. Lakin artıq iki aydan çoxdur həmin nişan götürülüb. Bu halda sürücülər çaş-baş qalır və bəziləri saatda 90, bəziləri isə 60-la hərəkət edirdilər. Bu vəziyyətdə həmin yolda 90-la gedənlərin radara düşüb-düşmədiyi məlum deyildi. 

Bir qədər əvvəl əməkdaşlarımız həmin əraziyə yeni yol nişanlarının qoyulması barədə məlumat alıblar. Məlum olub ki, Dövlət Yol Polisi İdarəsi artıq həmin əraziyə yol nişanları qoyub. Yəni, postu keçəndən sonra 90 km/saat sürət həddini göstərən nişanlar bərpa olunub. Bu o deməkdir ki, sürücülər postu keçəndən sonra Bakının girişinə qədər saatda 90 km sürətlə hərəkət edə bilərlər.

Yaranmış vəziyyətə operativ reaksiya verib həll etdiyi üçün Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə təşəkkür edirik.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.