Telefon dükanlarından

Day.Az представляет новость на азербайджанском языке

Bakıda naməlum şəxslər telefon dükanlarından dələduzluq yolu ilə bir neçə telefon əldə ediblər.

Milli.Az-ın verdiyi xəbərə görə, bu hadisələrdən biri Nəsimi rayonunda baş verib.

Füzuli küçəsi 81 ünvanında yerləşən telefon satışı mağazasına daxil olan naməlum şəxs orada işləyən, 1989-cu il təvəllüdlü Vüqar Nəsirovdan vitrindəki telefonlardan birini baxmaq üçün istəyib. Eyni markalı işləməyən başqa bir telefonu öncədən cibinə qoyan həmin şəxs vitrindən götürdüyü telefona bir qədər baxdıqdan sonra satıcının başının qarışdığını görüb telefonların yerini dəyişib. Özü ilə gətirdiyi xarab telefonu satıcıya qaytarıb mağazadan uzaqlaşıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.