"Nardarana gəlməyin deyib, bizi döydülər"

Day.Az представляет новость на азербайджанском языке.

Nardaranda baş verən hadisələri işıqlandıran jurnalistlərə yerli sakinlər tərəfindən hücum edilib.

Milli.Az xəbər verir ki, azvision.az saytının iki əməkdaşı da hadisə yerində çəkiliş apararkən hücuma məruz qalıb.

Azvision.az-ın müxbiri Hafiz Əhmədov hadisəni belə xatırlayır: "Taksi ilə hadisə yerinə yollanmışdıq. Nardarana yaxınlaşan kimi taksi sürücüsü qorxusundan bizi yarıyolda qoyaraq, avtomobilini kəndin girişində saxladı. Məcbur olub piyada getdik. Meydanda cavan uşaqların hamısının əllərində soyuq silahlar, dəmirlər, baltalar var idi. Hər yerə qara bayraqlar asılmışdı".

Jurnalist deyir ki, bələdiyyə binasına yaxınlaşanda cavan bir oğlan arxadan onlara yaxınlaşdı və fotoqraf Elvin Abdullanın üzərinə hucum çəkdi: "Əlindəki dəmir alətlə əməkdaşımızın baş nahiyəsinə zərbə endirdi, təpik vurdu. Həmin dəqiqə hamı üstümüzə töküldü. Sakinlər bizə etiraz edirdilər. "Jurnalistlər bura gəlməsinlər, bura Nardarandır" - deyirdilər. Bizi təhqir edib, söydülər. Güclə onların əlindən xilas olduq".

Nardaranda döyülən fotoqraf Elvin Abdulla bildirib:"Biz Nardarana daxil olan kimi, bir neçə nəfər qarşımızı kəsib, hücum etdi. Jurnalist olduğumuzu deyəndə, təhqiramiz ifadələr işlətdilər. Dedilər, siz bizim düşmənimizsiniz. Anidən bir neçə nəfər üstümə tökülüb, əllərindəki dəmirlə bədəminə vurdular. Əlimdən fotoaparatı alıb, çırpdılar yerə. Eynəyim gözümdən yerə düşəndə, təpiklə vurub qırdılar. Niyə belə edirsiniz deyəndə, daha da qəzəbli şəkildə təpiklə qarın nahiməyə vurdular. Artıq heç nə görmürdüm. Sonradan orta yaşlı bir oğlan və yaşlı bir kişi bizi onların əlindən aldı".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.