Mənzilində cəsədi tapılan 86 yaşlı qoca kimdir?

Day.Az представляет новость на азербайджанском языке.

Bakıda mənzildə 86 yaşlı qocanın cəsədi aşkar edilib.

Milli.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda mənzildə 1929-cu il təvəllüdlü Lavrenov Qriqoriy bağlı qapı arxasında qalıb.

Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açmış və adıçəkilən şəxsin cəsədini aşkar ediblər. Q.Lavrenovun cəsədi aidiyyəti üzrə təhvil verilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.