Avtobuslardakı sıxlığa çarə tapılacaq?

Avtobuslara həddindən artıq sərnişin minir.

Günün pik saatlarında Bakıda bir çox ictimai nəqliyyat vasitəsində sıxlıq müşahidə olunur. Kimisi deyir bu sıxlığı  marşrutların dəyişdirilməsi yaradıb kimisi də deyir avtovağzala cənub girişinin bağlanması. Mütəxəssislər çıxış yolunu xətdəki avtobusların sayını artırmaqda və intervalı azaltmaqda görürlər.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, paytaxtdaxili marşurut avtobuslarına xüsusən günün pik saatlarında nəzərdə tutulandan artıq sərnişin minir. Bu isə həm sərinişinlərin narazılığına səbəb olur, həm də qəza risqini artırır.

Əslində avtobuslarda istehsalçı tərəfindən qoyulmuş maksimum sərnişin tutumu haqqında lövhələr var. Ancaq sürücülərin əksəri bundan ya xəbərsizdilər, ya da əməl etmirlər.

Sərnişinlər də sürücülərin avtobuslara pik saatlarda həddindən artıq sərnişin mindirdiklərini deyirlər.

Ekspertlər bildirir ki, cavabdeh qurumlar və sahibkarlar bu barədə sürücüləri təlimatlandırmalıdırlar. Sərnişinləri maarifləndirici adımlar da atılmalıdır.

Məsələ ilə bağlı aidiyyatı qurumlar, yəni Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzi və Bakı Sərnişin və Yükdaşımalarının Təşkili idarələri məsuliyəti bir-birinin üzərinə atır. Ancaq sahibkarların xətdəki avtobusları artırmaq və intervalı azaltmağın ən sadə çıxış yolu olduğunu anlaması yəqin ki, çətin deyil.

Avtobuslardakı sıxlığa çarə tapılacaq?