Avtovağzaldakı çökmə davam edir

Day.Az представляет новость на азербайджанском языке.

Bakı Beynəlxalq Avtovağzal kompleksinin qarşısında  yolun  əsas hissəsindəki  çökmə ilə bağlı  son vəziyyət açıqlanıb. Məlum olub  ki,ərazidə çökmə hələ də davam edir.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı ərazidə çökmə prosesi hələ də dayanmayıb.

Ekologiya və Təbii sərvətlər nazirliyinin milli geoloji kəşfiyyat xidmətinin baş geoloqu Ələmdar Piriyevin sözlərinə görə, ərazidə  ilk gündən indiyə qədər 60-80 sm qədər torpaq qatı çöküb.Çökmənin indi də davam etməsini təhlükəli hesab etmək olmaz.

Geoloji Xidmət Ekspedisiyasının rəyinə görə istinad divarında hərtərəfli bərkitmə işləri getdiyindən yağıntılar olarsa belə, hansısa sürüşmənin baş verməsi gözlənilmir.

Avovağzaldakı çökmə davam edir