Ağdamda partlayış olub: 1 yaralı

Day.Az представляет новость на азербайджанском языке.

Ağdam rayonunda avtomobil təmir sexində güclü partlayış baş verib. "Report"un məlumatına görə, hadisə rayonun İmamqulubəyli kəndində qəydə alınıb.

Avadanlıqdaki hava sıxlığından baş verən partlayış zamanı sexdə usta işləyən Əzimov Vüsal Kərəm oğlu ağır bədən xəsarəti alıb. Yaralı ilk olaraq Ağdamın Quzanlı qəsəbəsində yerləşən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, ancaq vəziyyəti ağır olduğundan daha sonra Bakı şəhərində yerləşən xəstəxanalardan birinə gətirilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.