Qadın sürücü Bakı-Quba yolunda maşını aşırtdı:

Day.Az представляет новость на азербайджанском языке

Bakı-Quba yolunda ağır yol qəzası baş verib. 

Lent.az-ın məlumatına görə, magistralın 53-cü kilometrliyində, Xızı rayonu ərazisində 1979-cu il təvəllüdlü Həsənova Lalə Həsən qızının sürdüyü "Chevrolet-Aveo" aşıb.

Nəticədə sürücü xəsarət alıb, avtomobildə olan sərnişin, 1986-cı il təvəllüdlü Abdullayeva Nazlı Vəli qızı isə aldığı xəsarətlərdən keçinib.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində cinayət işi açılıb.
 
Qəzaya səbəb kimi, sürücünün idarəetməni itirməsi göstərilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.