Lənkəranda Əbülfəzl Abbas məscidi ilə bağlı

Day.Az представляет новость на азербайджанском языке

"Hazırda Lənkəranda Əbülfəzl Abbas məscidi hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülüb".

Bu barədə Trend-ə Lənkəran Şəhər Polis Şöbəsindən (PŞ) bildiriblər.

PŞ-dən verilən məlumata görə, hazırda həmin ərazidə vəziyyət sabitdir.

Qeyd edək ki, dünən adı çəkilən məsciddə Elman Ağazadə adlı şəxsin həbs edilməsi cəhdinə etiraz olaraq ərazidə etiraz xarakterli insident baş verib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.