QMİ sədrinin müavini:"Gənclərimiz ayılsınlar, bu cür təhriklərə getməsinlər"

Day.Az представляет новость на азербайджанском языке

"Dünən Nardaranda baş verən hadisələrin sarsıntısını yaşayırıq. Əlbəttə, bu, din adamları tərəfindən qəbul edilməyən hadisədir. Biz gənclərimizin belə yollara düşməsindən ürək ağrısı keçiririk".

APA-nın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini hacı Salman Musayev deyib.  

QMİ-nin Nardaranda baş verənlərlə bağlı bəyanat verdiyini xatırladan hacı Salman Musayev bildirib ki, cəmiyyətimizə yad olan cərəyanların Azərbaycana sirayət etməsi belə hadisələrin ortaya çıxmasına gətirib çıxarır: "Bir daha demək istəyirəm ki, gənclərimiz ayılsınlar. Bu cür təhriklərə getməsinlər. Bu cür cərəyanların arxası tam boşdur, bizim cəmiyyət üçün yaddır. O gəncləri yönəldənlər onların arxasında durmayacaqlar. Gənclərimizə çağırış edirəm ki, yad ünsürlərin əlində alət olmasınlar. Azərbaycanda din dövlətdən ayrıdır və din dövlətin siyasətinə qarşmamalıdır. Azərbaycan bir çox dövlətlərə nümunədir, bunu yaddan çıxarmamalıyıq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.