Gizli yol patrulunun məqsədi daha çox cərimə yığmaq

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanda gizli yol patrulu xidmətinin yaradılmasını alqışlayıram. Bu xidmət indiki şəraitdə bizə çox lazımdır. Amma bu məsələdə başlıca hədəf yollarda hərəkətin təhlükəsizliyini təmin etmək olmalıdır.

Bu barədə Milli.Az-a yol-nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad HüseynovAzərbaycanda gizli yol patrul xidmətinin yaradılması məsələsinə münasibət bildirərkən deyib.

Ekspertin sözlərinə görə, bu xidmət növü qanunvericilikdə hələ Sovet dövründən var idi və bu günədək də saxlanılıb və gizli patrul xidmətinin mühüm əhəmiyyəti var: "Burada əsas hədəf təhlükəsizliyin təmin edilməsi olmalıdır. Amma əgər yanaşma "gizli xidmət təşkil edim, daha çox qaydapozan tutum, daha çox cərimə yığım" kimi olarsa, bu, düzgün deyil. Yanaşma belə olmalıdır - gizli xidmət təşkil olunsun, sürücü bilsin ki, onu heç patrul maşını, kameralar, radarlar olmasa da, hər yerdə görürlər. Ona görə də bu xidmətin profilaktik əhəmiyyəti var".

Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Milli.Az-a açıqlamasında deyib ki, yaxın zamanlarda Azərbaycanda da yol polisində belə bir gizli xidmət tətbiq ediləcək. Onun sözlərinə görə, ölkədə qarışıq və gizli xidmətin tətbiqi ilə bağlı iş aparılır. Bu məqsədlə yaxın vaxtlarda əlavə nəqliyyat vasitələri gətiriləcək.

Xəbərə görə, şöbə rəisinin sözlərinə görə, belə xidmət formasının qanuni əsasları var: "Azərbaycanda "Yol-Patrul Xidməti haqqında Təlimat"a əsasən, yol-patrul xidməti gizli formada da aparıla bilər. Təlimatda qeyd edilir ki, əməliyyat-xidməti nəqliyyat vasitələrilə aparılan nəzarət aşkar, gizli və qarışıq olmaqla üç növə bölünür. Qarışıq nəzarət xüsusi rəng qrafikası olan və olmayan (iki) əməliyyat-xidməti nəqliyyat vasitəsindən istifadə olunmaqla polis geyim formasında olan müfəttişlər tərəfindən aparılır. Hər iki nəqliyyat vasitəsinin heyətləri bir-birilə radiorabitə əlaqəsi saxlayaraq aşkar etdikləri qayda pozuntuları barədə məlumat verir və müvafiq tədbir görürlər.

Gizli nəzarət vaxtı xüsusi rəng qrafikası olmayan əməliyyat-xidməti nəqliyyat vasitələrində, mülki geyimdə olan müfəttişlər radiocihazlarla təchiz olunur və onlar hər hansı qayda pozuntusu, avtoxuliqanlıq və ya yolda kiminsə hərəkətə maneçilk törətdiyini aşkar etdikdə, digər patrul avtomobillərinə xəbər verir və qaydanı pozan sürücü YPX avtmobilləri və ya qarşıdakı stasionar postda saxlanılıb barələrində müvafiq tədbir görülür".