Azərbaycanlıların böyük problemi həll olundu

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan sahibkarlarına Dağıstan Respublikası ərazisində mane olan əngəllər aradan qaldırılıb. Milli.Az anspress-ə istinadən xəbər verir ki, Yalama dəmiryolu ərazisində bölgədən gəlmiş xurma məhsulu artıq vaqonlara yüklənilir. Azərbaycandan gedən kənd təsərrüfatı məhsulları həm dəmiryolu ilə, həm də avtomobillə maneəsiz olaraq qonşu ölkəyə keçə bilir.

İndi Azərbaycan fermerləri noyabrin 14-dən Dağıstan Respublikasındakı üzləşdikləri çətinliyin aradan qaldırılmasından həvəslə danışırlar.

"Sağ olsun dövlətimiz, prezidentimiz. Öz nümayəndələrini göndərib Dagistan respublikasına. Bizim problemimiz həll olunub, heç bir problem yoxdur. Biz rahat oz malımızı, məhsulumuzu Dağıstan resbublikasina yollayırıq, ordan isə Dagistan sürücüləri Moskva və Moskva ətrafi rayonlara çatdırırlar", deyə sahibkar Çərkəz Muradov bildirdi.

Bildirək ki, noyabrin 14-dən Rusiya bazarlarına kənd təsərrufati məhsulları aparan azərbaycanlı fermerlər Dağıstan ərazisində hökümət tərəfindən yol rüsumunun artırılmasına etiraz edən yük avtomobili sürücülərinin tətil etməsi səbəbindən öz mallarını vaqonlardan avtomaşınlara yükləyə bilmirdilər.

Bu səbəbdən Dağıstanın Dərbənd dəmiryol stansiyasında azərbaycanlı sahibkarların 300-ə yaxın vaqonu boşalmamış qalmışdı, bu isə Azərbaycandan gedən malların xarab olmasına, sahibkarların isə 10 milyon manata yaxın ziyana düşməsinə gətirib çıxarmışdı.

Amma Azərbaycan höküməti problemin ciddiliyini nəzərə alaraq təcili tədbirlər görməyə başladı. Azərbaycan baş nazirinin 1-ci müavini Yaqub Eyyubovun yanında keçirilən müşavirədən sonra Azərbaycanın nümayəndə heyəti qonşu Dağıstan respublikasına səfər edib.

Nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat və sənayə nazirnin müavini Sahib Məmmədovun ANS-ə verdiyi məlumata görə, kənd təsərrufatı naziri müavini İlham Quliyevin də daxil olduğu nümayəndə heyəti Dərbənddə Dağıstanın baş naziri AbduSaməd Həmidovun iştirak etdiyi müşavirəyə qatılıblar.

Dağıstanın baş naziri problemi aidiyyatı qurumlarla geniş müzakirə edib, bir daha belə problemlərin yaranmaması üçün müvafiq təşkilatlara təcili tapşırıqlar verib.